“Maliyyə icarəsi haqqında” qanun layihəsi plenar iclasa tövsiyə edilib – YENİLƏNİB

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılmış “Maliyyə icarəsi haqqında” qanun layihəsi plenar iclasa tövsiyə olunub.

***

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Maliyyə icarəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Yeni qanun maliyyə icarəsi fəaliyyətinin inkişafı, təşviqi və iqtisadi artımda rolunun gücləndirilməsi məqsədilə maliyyə icarəsi fəaliyyətinin hüquqi əsaslarını və bu sahədə tənzimləmə və nəzarətin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir.

Sənəddə “alış qiyməti”, “geriyə maliyyə icarəsi”, “maliyyə icarəsi”, “maliyyə icarəsi alan”, “maliyyə icarəsi fəaliyyəti”, “maliyyə icarəsi müqaviləsi”, “maliyyə icarəsi ödənişləri”, “maliyyə icarəsi verən”, “mühüm iştirak payı”, “satıcı”, “ümumi dəyər”, “vətəndaş qüsursuzluğu” kimi anlayışlar öz əksini tapıb.

Qanunun tələblərini pozan şəxslər məsuliyyət daşıyırlar.

Qanun dərc olunduğu gündən 6 ay sonra qüvvəyə minir. Bundan sonra 9 ay müddətində ölkədə lizinq fəaliyyətini həyata keçirən (o cümlədən hazırda lizinq fəaliyyətini normativ hüquqi aktlara müvafiq olaraq dayandırmış) şəxslər öz fəaliyyətini bu qanunun tələblərinə uyğunlaşdırmalı və müvafiq reyestrə daxil edilmək üçün Azərbaycan Mərkəzi Bankına müraciət etməlidirlər. Həmin müddətdə qanunun tələblərinə əməl etməyən şəxslər yeni maliyyə icarəsi müqavilələri bağlamamalı, mövcud lizinq müqavilələrinin müddətinin uzadılmasına yol verməməli və firma adında “maliyyə icarəsi”, “maliyyə lizinqi”, “lizinq” sözləri və ya bu sözlərdən ibarət söz birləşməsi olduğu halda, həmin sözlərin adından çıxarılması üçün normativ hüquqi aktlara uyğun olaraq tədbirlər görməlidirlər.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]