Von der Leyen: Aİ İrana qarşı müharibəyə görə 25 milyard avro itirib

Avropa İttifaqı ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları nəticəsində enerji resurslarının qiymətlərinin artması səbəbiilə 25 milyard avro itki ilə üzləşib.

Bu açıqlamanı Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Kiprdə keçirilən Aİ-nin qeyri-rəsmi sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.

Avropa Komissiyasının rəhbəri Aİ-nin ciddi iqtisadi itkilərini Yaxın Şərqdə qarşıdurmanın əsas ticarət marşrutlarına və regiona enerji tədarükünə təsiri ilə əlaqələndirib.

“Münaqişənin başlamasından ötən 54 gün ərzində karbohidrogen resurslarının alınmasına çəkdiyimiz xərclər 25 milyard avro artıb, halbuki biz əvvəlkindən bir molekul belə artıq almamışıq. Buna görə də alternativ enerji mənbələrinin tətbiqini sürətləndirməliyik”, – o qeyd edib.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]