Emin Əmrullayev: Valideynlər öz məsuliyyətini dərk etməli, məktəblə, müəllimlə birgə işləməlidir

Cəmiyyətimizdə yalnız imtahan nəticələri deyil, eyni zamanda, uşaqların tərbiyəsi, onların psixoloji-emosional inkişaf məsələləri də müzakirə olunmalıdır.

Bunu elm və təhsil naziri Emin Əmrullayev “Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.

Nazir deyib ki, təhsil nailiyyətlərinə baxdıqda iki qrup inkişafdan danışılır: “Birinci qrup təlim və nəticələrdir. Bunları ölçmək, hansısa imtahanla müəyyən etmək daha rahatdır. İkinci məqam isə uşağın tərbiyəsidir. Tərbiyə məsələləri daha mürəkkəbdir. Tərbiyəliliyi ölçmək daha çətindir. Bu baxımdan bu iki məqamın Azərbaycan məktəblərində paralel aparılması, tərbiyə məsələlərinin önə çəkilməsi vacibdir. Dəyərlər və dəyərlərə əsaslanan təhsil sisteminin formalaşmasında yüksək nəticələr əldə etmək olar”.

Emin Əmrullayev qeyd edib ki, uşaqların tərbiyəsi prosesində ailənin rolu məktəbdən çoxdur: “Əsas məsələ ailənin öz övladına ötürdüyü dəyərlərdir. Valideynlərin öz məsuliyyətini dərk etməsi, məktəblə, müəllimlə birgə işləyərək, gənc nəslin inkişafına töhfə verməsi çox əhəmiyyətlidir.

Evdə olan kitabların sayı, valideynlərin kitaba münasibəti, uşağın tədris prosesi ilə maraqlanması, mövcud problemlərlə bağlı müzakirə aparması valideynin öhdəliyidir. Bu sadə əməllərin icrası uşağın inkişafına, təlim-tərbiyəsinə təsir edən vacib prosesdir”.

Nazir onu da deyib ki, qadınların təhsil almasına imkan yaradılmalıdır. Belə ki, gələcəyin təminatı təhsilli analardan asılıdır.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]