Emi Karlon: Azad edilmiş ərazilərə səfərlər ABŞ-Azərbaycan əməkdaşlığının genişlənməsinə dəstəkdir

A VPN is an essential component of IT security, whether you’re just starting a business or are already up and running. Most business interactions and transactions happen online and VPN


Azad edilmiş ərazilərə səfərlər müxtəlif sahələrdə ABŞ-Azərbaycan əməkdaşlığını genişlənməsinə dəstək verir.

Bu barədə ABŞ-nin Bakıdakı səfirliyinin “X” hesabında paylaşım edilib.

Qeyd edilib ki, mayın 1-2 tarixlərində müvəqqəti işlər vəkili Emi Karlon Azərbaycan hökuməti tərəfindən təşkil olunmuş rəsmi səfər çərçivəsində diplomatik korpusun üzvləri ilə birlikdə Xocalı, Xankəndi, Şuşa və Laçına səfər edib.

Bildirilib ki, Xocalıda Karlon 1992-ci ilin fevralında həlak olanların xatirəsinə ucaldılmış Xocalı memorialını ziyarət edib:

“Şuşada o, ASAN xidmət mərkəzində, regional xəstəxanada, regionun ən böyük məscidi olması nəzərdə tutulan yeni məscidin tikinti sahəsində və digər məkanlarda olub. Müvəqqəti işlər vəkili Karlon həmçinin Xankəndi və Laçında həyata keçirilən yeni infrastruktur və regional inkişaf təşəbbüsləri ilə tanış olmaq imkanı əldə edib. Bura Qarabağ Universiteti və Zerti Aqro-Sənaye Parkı da daxildir. Bu, Emi Karlonun son bir həftə ərzində regiona ikinci səfəri olub. O vurğulayıb ki, bu cür səfərlər region haqqında daha aydın təsəvvür formalaşdırmağa kömək edir, həmçinin əlaqəlilik, iqtisadi inkişaf, müdafiə və təhlükəsizlik kimi sahələrdə ABŞ-Azərbaycan əməkdaşlığının genişlənməsini dəstəkləyir”, – deyə səfirlik qeyd edib.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]