Axios”: İran və ABŞ Hörmüz boğazındakı məhdudiyyətləri aradan qaldıra bilər

İran və ABŞ Yaxın Şərqdə münaqişənin dayandırılması çərçivəsində qarşılıqlı güzəştləri razılaşdırıblar.

Bu barədə “Al-Jazeera” “Axios”a istinadən məlumat yayıb.

Agentliyin istinad etdiyi ABŞ mənbələrinin məlumatına görə, İran münaqişənin dayandırılmasına dair ABŞ ilə razılaşma çərçivəsində uranın zənginləşdirilməsinə moratorium tətbiq etməli olacaq. Buna cavab olaraq ABŞ sanksiyaları ləğv etməyə və İranın dondurulmuş fondlarındakı milyardlarla dolları sərbəst buraxmağa razılaşacaq. Yekunda hər iki tərəf Hörmüz boğazından tranzitə qoyulan məhdudiyyətləri aradan qaldıracaq.

“Axios” xəbər verir ki, ABŞ yaxın 48 saat ərzində İrandan cavab gözləyir.

Tərəflərdən heç biri hələlik bu məlumatları rəsmi səviyyədə şərh etməyib.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]