Kobaxidze: Gürcüstan məcburi köçkünlər üçün yeni yaşayış məntəqələri salır

Gürcüstan hökuməti işğal olunmuş ərazilərdən olan məcburi köçkünlər üçün yeni yaşayış məntəqələri salmağa və ailələri mənzillə təmin etməyə davam edir.

Bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan liderlər sessiyasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

Onun sözlərinə görə, Gürcüstan uzun illərdir müharibə və işğalın humanitar nəticələrinin aradan qaldırılması istiqamətində məcburi köçkünlərə mənzil və sosial dəstək göstərir.

“Yeni yaşayış məntəqələri salmağa və zərərçəkmiş ailələrə mənzillər verməyə davam edirik”, – deyə İrakli Kobaxidze qeyd edib.

Baş nazir bildirib ki, hökumətin mənzil siyasəti gənc ailələri, ekoloji miqrantları və dağlıq ərazilərdə yaşayan sakinləri də əhatə edir.

Onun sözlərinə görə, hədəflənmiş dövlət proqramları və innovativ maliyyə mexanizmləri vasitəsilə mənzil əlçatanlığının artırılması və ölkənin bütün regionlarında inkişaf üçün bərabər imkanların yaradılması nəzərdə tutulur.

İrakli Kobaxidze əlavə edib ki, kənd və şəhər arasındakı fərqin azaldılması Gürcüstanın davamlı inkişaf siyasətinin əsas prioritetlərindən biridir.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]