Kuba Prezidenti ABŞ-nin yeni sanksiyalarını cinayət adlandırıb

Kuba Prezidenti Miqel Dias-Kanel ABŞ administrasiyasının mayın 1-də verdiyi və üçüncü dövlətlər tərəfindən Kubaya neft tədarükünə qadağa qoyan icra fərmanını qeyri-əxlaqi, cinayətkar və qanunsuz olaraq xarakterizə edib.

Bu barədə Kuba lideri “X” sosial media hesabında yazıb.

“Kubaya yanacaq satmağa çalışan üçüncü ölkələri təqib etməyə və qorxutmağa yönəlmiş [ABŞ-nin Karib dövlətinə qarşı ticarət-iqtisadi] blokadasını misli görünməmiş miqyaslara çatdıran, Kubanın [iqtisadiyyatına] sərmayə qoymaqda və ya bizə ilk zərurət mallarının – ərzaq, dərman, gigiyena vasitələri və digərlərinin elementar tədarükündə maraqlı olan şirkətləri cəzalandıran icra fərmanı qeyri-əxlaqi, qanunsuz və cinayətkar xarakter daşıyır”, – Dias-Kanel qeyd edib.

Onun sözlərinə görə, Kuba əhalisinin məruz qaldığı kollektiv cəza “soyqırımı aktıdır”.

Qeyd edək ki, ABŞ administrasiyası mayın 1-də əlavə məhdudlaşdırıcı tədbirlər – Karib respublikasına yanacaq tədarük etməyi planlaşdıran dövlətlərə qarşı energetika sahəsində sanksiyaları nəzərdə tutan icra fərmanı tətbiq edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]