Azərbaycanda yeni könüllülük platforması fəaliyyətə başlayır

Azərbaycanda yeni könüllülük platforması fəaliyyətə başlayır.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti “İrs Dostu” könüllü proqramına qəbul elan edib.

Məlumata görə, proqramın əsas məqsədi gənclərin mədəni irsin qorunması və təbliği sahəsində fəal iştirakını təşviq etmək, onların bu istiqamətdə bilik və bacarıqlarının inkişafına dəstək göstərmək, həmçinin mədəni irsə ictimai marağın artırılmasına töhfə verməkdir.

“İrs Dostu” könüllü proqramı Dövlət Xidmətinin Bakıda və regionlarda fəaliyyət göstərən struktur bölmələri, tabeli müəssisələri, eləcə də qoruq və muzeylərini əhatə etməklə ölkənin bütün regionlarında 140-dan çox müəssisədə təşkil olunacaq.

Proqram çərçivəsində könüllülər mədəni irs obyektlərinin qorunması, maarifləndirmə tədbirlərinin təşkili, tədqiqatların aparılması, təşkilati dəstək və digər istiqamətlər üzrə müxtəlif proseslərdə iştirak edəcəklər.

Bildirilib ki, “İrs Dostu” proqramına cəlb olunacaq könüllülər yaradılması nəzərdə tutulan vahid şəbəkənin tərkib hissəsi olacaq. Bu şəbəkə mədəni irsin qorunması sahəsində dövlət qurumları, vətəndaş cəmiyyəti və özəl sektor arasında əməkdaşlığa əsaslanan ekosistemin formalaşdırılmasını nəzərdə tutur.

Könüllülərin seçimi müsahibə əsasında aparılacaq. Müsahibə zamanı namizədlərin mədəni irs sahəsinə marağı, təşəbbüskarlığı, operativliyi, xarici dil bilikləri, ünsiyyət bacarıqları, ofis proqramlarında və komandada işləmək bacarıqları qiymətləndiriləcək.

“İrs Dostu” könüllüsü olmaq istəyən 18-35 yaş arası şəxslər CV və motivasiya məktublarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Qeyd olunub ki, proqram iştirakçıları üçün fəaliyyət müddətində xüsusi təlimlər təşkil ediləcək, onların peşəkar bilik və bacarıqlarının artırılmasına dəstək göstəriləcək.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]