Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

Azərbaycanın Baş nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti Belarus Respublikasına səfərə gəlib.

“Report”un Minskə ezam olunmuş əməkdaşı xəbər verir ki, nümayəndə heyətini Minsk Milli Hava Limanında Belarus rəsmiləri, eləcə də Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Məhərrəm Əliyev qarşılayıblar.

Səfərin ilk günü çərçivəsində nümayəndə heyəti Minskdə fəaliyyət göstərən Azərbaycan Ticarət Evində olub. Burada Azərbaycan məhsullarının Belarus bazarında təşviqi və ixrac imkanlarının genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib. Nümayəndə heyəti Ticarət Evində nümayiş olunan məhsullarla tanış olub, onların Belarusda tanıdılması və satış perspektivləri ilə maraqlanıb.

Qeyd edək ki, S.Şərifovun rəhbərlik etdiyi nümayəndə heyətinin Belarusa səfəri üç gün davam edəcək. Səfər çərçivəsində Azərbaycan-Belarus ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi, eləcə də bir sıra yüksək səviyyəli görüşlərin təşkili nəzərdə tutulur.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]