Keniya Ali Məhkəməsinin nümayəndə heyəti Qarabağa səfər edib

Azərbaycanda səfərdə olan Keniya Respublikası Ali Məhkəməsinin sədri Martha Koomenin rəhbərlik etdiyi nümayəndə heyətinin Qarabağ bölgəsinə səfəri təşkil olunub.

Ali Məhkəmədən verilən xəbərə görə, nümayəndə heyəti əvvəlcə Şuşa şəhərində olub. Qonaqlar Azərbaycanın mədəniyyət paytaxtının tarixi və memarlıq abidələri ilə tanış olublar. Səfər çərçivəsində nümayəndə heyəti dahi Azərbaycan şairi və ictimai xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini, Cıdır düzünü, Şuşa qalasını və dahi bəstəkar Üzeyir Hacıbəylinin ev-muzeyini ziyarət edib. Qonaqlara Şuşa şəhərinin zəngin tarixi-mədəni irsi, işğal dövründə şəhərə vurulmuş ziyan və azadlıqdan sonra burada həyata keçirilən bərpa işləri barədə məlumat təqdim olunub.

Daha sonra nümayəndə heyəti Xankəndi şəhərinə səfər edib. Qonaqlar şəhərdə həyata keçirilən yenidənqurma və inkişaf layihələri ilə tanış olub, Xankəndi Məhkəmə Kompleksi və Zəfər Parkını ziyarət ediblər. Səfər zamanı nümayəndə heyətinə işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, bölgənin sosial-iqtisadi inkişafı və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat verilib.

Qonaqlar Qarabağa səfərini yüksək qiymətləndirərək, bölgədə müşahidə etdikləri inkişaf prosesləri barədə müsbət təəssüratlarını bölüşüblər.

Qeyd edək ki, səfərdə Azərbaycanın Keniya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Sultan Hacıyev də iştirak edib.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]