Azərbaycanda ət istehsalı ilə bağlı hədəflər açıqlanıb

Azərbaycanda ət məhsullarının istehsalının artımının qarşısında duran hədəflərdən, yaxud çağırışlardan biri odur ki, istehsal həm mövcud tələbatı, həm də artan istehlakı qarşılamalıdır.

Bunu kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”na həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycanda mövcud ət istehlakının istehsal hesabına təmin edilməsi hədəflənir: “Paralel olaraq başa düşürük ki, növbəti dövrlərdə ölkədə ət istehlakı da artacaq. Bu istiqamətdə son illərdə istehlak artım qeydə alınıb. Məsələn, 2025-ci ildə quş ətinin istehlakında 2021-ci illə müqayisəsində adambaşına 2 kiloqramdan çox artım olub. Bu göstərici mal əti ilə bağlı təxminən 1,6 kiloqramdır”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]