Kallas: Aİ Livanın Silahlı Qüvvələri üçün 100 milyon avro ayırır

İsrail və Livan arasındakı mövcud atəşkəs razılaşması genişmiqyaslı hərbi əməliyyatlara qayıdışın qarşısını almaq üçün fürsət yaradır.

Bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas “X” sosial şəbəkə hesabında yazıb.

“Lakin UNIFIL-in (BMT-nin Livandakı Müvəqqəti Qüvvələri – red.) sülhməramlısının həlak olması və davam edən toqquşmalar əldə olunmuş razılaşmaların zəifliyini göstərir.

“Hizbullah”ın yaratdığı təhlükəni azaltmağın ən yaxşı yolu Livan dövlətini gücləndirmək, onun təsisatlarının səlahiyyətlərini genişləndirmək və güc tətbiq etmək üzrə müstəsna hüququnu bərpa etməkdir. Bu səyləri dəstəkləmək üçün Avropa İttifaqı (Aİ) bu gün Livan Silahlı Qüvvələrinə əlavə 100 milyon avro ayrılması barədə qərar qəbul edib”, – o deyib.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]