Qəbul imtahanlarının II cəhdində iştirak üçün 71 890 nəfər qeydiyyatdan keçib

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat prosesi bitib, 71 890 nəfər qeydiyyatdan keçib.

Onlardan 63 927-i nəfəri Azərbaycan bölməsi, 7963 nəfəri isə ingilis bölməsi üçün müraciət edib.

I ixtisas qrup üzrə qeydiyyatdandan keçənlərin 22 296 nəfəri Azərbaycan bölməsi, 2685 nəfəri rus bölməsi üzrədir.

II ixtisas qrupu üzrə 16 945nəfər qeydiyyatdan keçib. Onlardan 16 945 nəfər Azərbaycan bölməsi, 1958 nəfər rus bölməsi üzrədir.

III ixtisas qrupuna gəlincə, bu ixtisas qrupunda iştirak üçün 22 704 nəfər qeydiyyatdan keçib. Onların 20 248-i Azərbaycan bölməsi, 2456 nəfəri rus bölməsi üzrə müraciət edib.

IV ixtisas qrupu üzrə isə 4438 nəfəri Azərbaycan, 864-ü rus bölməsi olmaqla cəmi 5302 nəfər qeydiyyatdan keçib.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]