DYP “Son zəng”lə bağlı “Rent a Car”lara müraciət edib

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) avtomobil icarəsi ilə məşğul olanlara (Rent a Car) müraciət edib.

Bu barədə Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, DYP qarşıdan gələn “Son zəng” tədbirləri ilə əlaqədar avtomobil icarəsi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edərək onları məsuliyyətli olmağa çağırır:

“Bəzi hallarda məzunlar və ya yetkinlik yaşına çatmayan şəxslər əyləncə məqsədilə müxtəlif nəqliyyat vasitələrini icarəyə götürməyə cəhd edir, nəzərə almaq lazımdır ki, sürücülük hüququ olmayan şəxslərin sükan arxasına əyləşməsi qanunvericiliyin tələblərinin zidd olmaqla yanaşı, onların və digər hərəkət iştirakçılarının həyat və sağlamlıqları baxımından olduqca təhlükəlidir.

Bununla əlaqədar avtomobil icarəsi şirkətlərindən xahiş olunur ki, nəqliyyat vasitələrinin icarəyə verilməsi zamanı sürücülük vəsiqəsinin etibarlılığına, şəxsin yaşına və nəqliyyat vasitəsini idarə etmək hüququna xüsusi diqqət yetirsinlər. “Son zəng” tədbirləri ilə bağlı əyləncə məqsədilə məktəblilərə və ya sürücülük hüququ olmayan şəxslərə avtomobil təqdim etməsinlər”.

DYP-nin məlumatında qeyd olunub ki, belə hal aşkarlandığı təqdirdə həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər həyata keçiriləcək:

“Bu məsələdə göstəriləcək həssas yanaşma mümkün xoşagəlməz hadisələrin qarşısının alınmasına və məzun gününün təhlükəsiz şəraitdə keçirilməsinə xidmət edəcək”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]