Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün heyət həlak olub

Pakistanda ordu aviasiyasının “Mi-17” helikopteri qəzaya uğrayıb, göyərtədəki bütün şəxslər həlak olub.

Bu barədə Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr üzrə İdarələrarası Xidmətinin (ISPR) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə iyunun 10-da Müzəffərabad yaxınlığında baş verib. İlkin olaraq müəyyən edilib ki, helikopter texniki nasazlıq səbəbindən havaya qalxarkən qəzaya uğrayıb.

“Göyərtədəki bütün şəxslər həlak olub. Sağ qalan yoxdur”, – bəyanatda qeyd olunub.

Aviaqəzanın təfərrüatları aydınlaşdırılır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]