Rusiyanın Ukraynanın Dnepropetrovsk, Zaporojye və Xerson vilayətlərinə endirdiyi zərbələr nəticəsində 2 nəfər həlak olub, 36 nəfər yaralanıb.
Bu barədə Vilayət Hərbi administrasiyalarının rəhbərləri və hüquq-mühafizə orqanları bildirib.
Məlumata görə, Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja bildirib ki, Rusiya qoşunları sutka ərzində regiona təxminən 30 dəfə hücum edib. Zərbələr nəticəsində 1 nəfər həlak olub, 16 nəfər yaralanıb. Mülki infrastruktur obyektləri zədələnib və qismən dağılıb.
Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorovun sözlərinə görə, Rusiya qoşunları vilayətin 44 yaşayış məntəqəsinə 800-dən çox zərbə endirib. Nəticədə səkkiz nəfər xəsarət alıb.
Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin bildirib ki, vilayətin atəşə tutulması nəticəsində 1 nəfər həlak olub, 12 nəfər yaralanıb.










