Keçmiş deputat Paşinyanı məhkəməyə verdi

Ermənisatn aprlamentinin keçmiş deputatı Zaruhi Postanjyan onu təhqir etdiyinə və böhtan atdığına görə Baş nazir Nikol Paşinyana qarşı məhkəmə iddiası qaldırıb.

“Hraparak”ın məlumatına görə, iddia ərizəsi artıq məhkəməyə təqdim edilib.

Postanjyan bildirib ki, o, Paşinyanın təhqiredici və böhtan xarakterli ifadələrinə görə məhkəməyə müraciət edib.
Sabir deputat baş nazirdən üzr istəməsini, deyilənlərin təkzib olunmasını və 9 milyon dram məbləğində mənəvi ziyanın ödənilməsini tələb edir.

Postanjyan deyib: “O, mənim peşə fəaliyyətimə də müdaxilə edib”.

Xatırladaq ki, seçkiqabağı təşviqat zamanı Arabkir rayonunda Zaruhi Postanjyanı görən Nikol Paşinyan onun haqqında belə demişdi:

“Zaruhi, nə danışırsan?.. Robertə və Serjə satılmış yalançı, heç utanmırsan? Yerə girəsən. Sən ümumiyyətlə kimsən? Ucuz adam, get Vardaniki müdafiə et, rüşvətxor yaramaz… Sən, Levon, Raffi, Vazgen və digərləriniz satılmış müxalifətin nümayəndələrisiniz. Siz Serjdən və Robertdən pul almısınız ki, xalqı hər dəfə aldadıb məğlubiyyətə aparasınız. Siz fürsətçilər qrupusunuz”.(Modern.az)

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]