Küləkli havada dənizə gedənlərə sərt XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərdə təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı vətəndaşlara növbəti dəfə müraciət edib.

Nazirliyin yaydığı məlumatda qeyd olunub ki, aparılan geniş maarifləndirmə işlərinə və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq, bəzi vətəndaşlar təhlükəsizlik qaydalarına laqeyd yanaşır ki, bu da ağır nəticələrə səbəb olur.

Bildirilib ki, ötən gün Sabunçu rayonunun Bilgəh qəsəbəsində yerləşən, “Daçnik” kimi tanınan nəzarətsiz ərazidə küləkli hava şəraitində baş verən sudabatma hadisəsi təhlükəsizlik qaydalarına əməl etməyin vacibliyini bir daha nümayiş etdirib.

FHN vətəndaşları küləkli hava şəraitində dənizə girməməyə, qeyri-çimərlik ərazilərində çimməməyə, həmçinin xilasedicilərin çağırış və tələblərinə ciddi riayət etməyə çağırıb.

“Unutmayın: Qaydalara biganəlik həyatımıza təhlükədir!” – deyə müraciətdə vurğulanıb.

Nazirlik həmçinin xatırladıb ki, hər hansı təhlükə ilə qarşılaşdıqda dərhal FHN-in 112 qaynar xəttinə müraciət etmək lazımdır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]