Ukrayna bir həftə ərzində ikinci dəfə Krımdakı “Saki” aerodromuna zərbə endirib

Ukrayna Təhlükəsizlik Xidməti işğal altındakı Krımda yerləşən Rusiyanın “Saki” və “Qvardeyskoye” hərbi aerodromlarına bir həftə ərzində ikinci dəfə pilotsuz uçuş aparatları (PUA) ilə zərbə endirildiyini açıqlayıb.

Bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Ukrayna xüsusi xidmət orqanının məlumatına görə, “Saki” aerodromunda yeddi anqara zərbə endirilib. Anqarlarda “Su-30SM”, “Su-30” qırıcıları və “Su-24” cəbhə bombardmançıları saxlanılırdı. Ukrayna Təhlükəsizlik Xidmətindən iddia edilib ki, zərbə nəticəsində azı yeddi təyyarə məhv edilib və ya zədələnib.

Eyni zamanda, bildirilib ki, “Qvardeyskoye” aerodromunda iki anqar vurulub. Qurumun məlumatına görə, həmin anqarlarda “Shahed” PUA-ları və aviasiya avadanlıqları saxlanılırdı.

Qeyd edək ki, iyulun 1-də Ukrayna Təhlükəsizlik Xidməti Krımdakı “Saki” hərbi aerodromuna uğurlu zərbə endirildiyini və nəticədə Rusiya qırıcılarının olduğu anqarların vurulduğunu bəyan etmişdi.

Qurumdan bildirilib ki, “Saki” və “Qvardeyskoye” aerodromları Rusiya qoşunlarının Krımdakı əsas aviasiya bazalarındandır. Ukrayna tərəfinin məlumatına görə, Ukrayna ərazisinə raket və aviasiya zərbələri endirən, eləcə də Rusiya qüvvələrinin cənub istiqamətindəki fəaliyyətini təmin edən taktiki aviasiya təyyarələri müntəzəm olaraq məhz bu aerodromlardan havalanır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]