Zelenski: Ukrayna NATO-nun Ankaradakı sammitindən ciddi nəticələr gözləyir

Ukrayna NATO-nun Ankaradakı sammitindən ciddi və konkret nəticələr gözləyir.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında yazıb.

“Qarşıda Ankarada mühüm işlər var. Biz ciddi və məhsuldar NATO sammiti gözləyirik. Hazırda xalqımızın daha etibarlı müdafiəsini təmin edəcək, müdafiə imkanlarımızı genişləndirəcək, həmçinin Ukrayna, Avropa və Amerika arasında təhlükəsizlik sahəsində əməkdaşlığı daha da gücləndirəcək qərarlara ehtiyac var”, – Zelenski bildirib.

Prezident həmçinin qeyd edib ki, forum çərçivəsində onun liderlərlə 20-yə yaxın ikitərəfli görüşü planlaşdırılıb.

“Biz Ukraynanın HHM-nin gücləndirilməsi üzərində davamlı olaraq işləyəcəyik. Yeni sistemlər, onlar üçün raketlər, istehsal lisenziyaları məsələləri – bütün bunlar bizim prioritetimizdir. Ukraynaya real addımlarla kömək edən hər kəsə minnətdarıq”, – o qeyd edib.

Qeyd edək ki, Zelenski artıq iyulun 7-8-də NATO sammitinin keçirildiyi Ankaradadır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]