Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirilib

A VPN is an essential component of IT security, whether you’re just starting a business or are already up and running. Most business interactions and transactions happen online and VPN


Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirilib.

Açılış mərasimində mədəniyyət naziri Adil Kərimli, nazirliyin digər rəsmiləri, Prezidentin Şuşa rayonundakı xüsusi nünmayəndəsi Aydın Kərimov, Yazıçılar Birliyinin nümayəndələri, eləcə də türk dünyasından yazıçı və şairlər iştirak ediblər.

Çıxış edən TÜRKSOY-un baş katibi Sultan Raev Vaqif Poeziya Günlərini mədəniyyət və ədəbiyyat adına ən işıqlı tədbirlərdən biri adlandırıb.

Baş katib builki poeziya günlərinin zəngin proqramına diqqət çəkərək deyib ki, bu həm də türk dövlətləri arasında mədəni əlaqələrin inkişafına xidmət edir.

Xalq şairi Vahid Əziz isə poeziya günlərinin davamlı yüksək təşkilatçılığını xüsusi vurğulayıb. O, Vaqif Poeziya Günlərinin ənənə halını almasını mədəni təbliğat, diqqət və qayğı kimi qiymətləndirib.

Ardınca “Sözün sabahı: Türk dünyanın gənc şairlər festivalı”nın mükafatlandırma mərasimi olub. Qaliblər orden və diplomlarla təltif ediliblər.

Tədbir bədii kompozisiya ilə davam etdirilib.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]