Rusiya Xerson və Zaporojye vilayətlərinə zərbələr endirib, 5 nəfər ölüb, 63 nəfər yaralanıb

A VPN is an essential component of IT security, whether you’re just starting a business or are already up and running. Most business interactions and transactions happen online and VPN

Rusiya qoşunları Ukraynanın Xerson və Zaporojye vilayətlərinə zərbələr endirib, nəticədə 5 nəfər ölüb, daha 63 nəfər isə yaralanıb.

Bu barədə hər iki vilayətin hərbi administrasiyalarının rəhbərləri bildiriblər.

Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin deyib ki, ötən sutka ərzində Xerson şəhəri də daxil olmaqla 37 yaşayış məntəqəsi Rusiyanın zərbələrinə məruz qalıb.

“Rusiyanın hücumu nəticəsində iki nəfər ölüb, daha 16 nəfər yaralanıb”, – o qeyd edib.

Öz növbəsində Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov vurğulayıb ki, Rusiyanın idarəolunan aviabombalarla Zaporojye və Zaporojye rayonuna endirdiyi zərbə nəticəsində xəsarət alanların sayı 47 nəfərə çatıb.

“Zaporojye və Zaporojye rayonuna endirilən Rusiya zərbələri nəticəsində 3 nəfər ölüb, daha 47 nəfər yaralanıb”, – İ.Fyodorov teleqram kanalında yazıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]