Hindistan Rusiya diplomatını XİN-ə çağırıb

Hindistan Ukrayna sahilləri yaxınlığında ticarət gəmisinə hücum nəticəsində dörd hindistanlı dənizçinin həlak olması ilə əlaqədar Rusiyanın müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırıb.

“India Today”in verdiyi xəbərə görə, Hindistan Xarici İşlər Nazirliyi rusiyalı diplomata hadisə ilə bağlı kəskin etirazını bildirib və mülki ticarət gəmisinə hücumu qəbuledilməz adlandırıb.

Xatırladaq ki, Qvineya-Bisau bayrağı altında üzən “MV Golden Leo” gəmisi iyulun 19-da Odessa limanını tərk edərkən vurulub. Gəmidə beşi Hindistan vətəndaşı olmaqla 17 ekipaj üzvü olub. Hindistanlı dənizçilərdən dördü həlak olub, biri isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa gəminin Ukraynanın dəniz dəhlizi ilə hərəkət edərkən Rusiya tərəfindən vurulduğunu bildirib. Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, hücum qanadlı raketlərlə həyata keçirilib.

Hadisədən sonra aparılan axtarış-xilasetmə əməliyyatı nəticəsində gəmidəki 17 nəfərdən səkkizi xilas edilib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]