Azərbaycan UEFA reytinqində 26-cı pillədə qərarlaşıb

Azərbaycan UEFA reytinqində 26-cı pillədə qərarlaşıb.

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Qarabağ”ın Bakıda Bolqarıstanın ÇSKA klubu ilə qolsuz heç-heçə etməsi ölkə reytinqinə cəmi 0,125 xal qazandırıb.

Bununla yanaşı, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk matçında “Zirə”nin səfərdə Estoniyanın “Payde” komandasına 0:1 hesabı ilə uduzaması ümumi mövqeyə təsir göstərməyib.

Azərbaycan 20,437 əmsalla hazırda 26-cı pillədə qərarlaşıb. 25-ci yerdəki İsrailin 21,500 əmsalı var.

Xatırladaq ki, UEFA reytinqində İngiltərə 101,852 əmsalla liderdir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]