SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib

ABŞ-nin İordaniya və Bəhreyndəki hərbi bazaları İranın pilotsuz uçuş aparatlarının (PUA) hədəfinə çevrilib.

Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatında bildirilib.

“Dronlar vasitəsilə Bəhreyndəki “Şeyx İsa” bazasında Amerika ordusunun qüvvələrinə aid yanacaq çənləri, anbarlar və böyük avadanlıq anqarları ilə yanaşı, yerləşmə məntəqələrinə zərbələr endirilib”, – SEPAH-dan vurğulanıb və əlavə edilib ki, Amerika ordusunun İordaniyadakı “Əl-Əzraq” bazası da PUA hücumuna məruz qalıb.

Sözügedən bazadakı aerodrom, təyyarələrin təmiri, texniki xidmət anqarı və yerləşmə məntəqələri vurulub: “İranın qanuni maraqlarına qarşı yönəlmiş istənilən addım regionun digər ölkələrinin də təhlükəsizlik və iqtisadi üstünlüklərdən məhrum olması ilə nəticələnəcək”.

Xatırladaq ki, İranın bəzi şəhərləri ABŞ-nin hava hücumuna məruz qalıb. ABŞ ordusunun Əhvaz şəhərinin ətraf ərazilərinə endirdiyi raket zərbəsi nəticəsində 4 nəfər həlak olub, 5 sakin yaralanıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]