Ukrayna ordusu Rusiyanın hərbi zavodunu və neft obyektini vurub

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Kirov şəhərindəki əsas hərbi müəssisələrdən birinə, eləcə də təxminən 1 350 kilometr məsafədə yerləşən neft obyektinə zərbə endirib.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz teleqram kanalında məlumat verib.

“Bu gün Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Kirov şəhərindəki mühüm hərbi müəssisələrdən birini vurub. Bu müəssisə Rusiyanın aviasiya və raket texnikası üçün komponentlər tədarük edir”, – o qeyd edib.

V.Zelenski həmçinin bildirib ki, Ukrayna qüvvələri ölkə sərhədindən təxminən 1 350 kilometr məsafədə yerləşən neft obyektinə zərbə endirib.

Onun sözlərinə görə, Rusiya ordusunu dronlar üçün komponentlər, naviqasiya avadanlıqları və s. ilə təmin edən Rusiya logistikasına qarşı əməliyyat da davam edir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]