FHN həftəsonu su hövzələrinə üz tutacaq vətəndaşlara müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) istirahət və sərinləmək məqsədilə su hövzələrinə üz tutan vətəndaşlara müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına əməl etməyin vacibliyini xatırladıb.

FHN-in müraciətində bəzi vətəndaşlar tərəfindən müvafiq təhlükəsizlik qaydalarına əməl olunmamasının acı nəticələndiyi təəssüflə bildirilib.

“Yadda saxlamaq lazımdır ki, çimərlik kimi nəzərdə tutulmamış ərazilərdə, o cümlədən kanal, çay, arx və digər su hövzələrində çimmək, habelə çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək, xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq qadağandır. Çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir. Qızmar günəş altında fasiləsiz dayanmaq və hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir”, – müraciətdə qeyd olunub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]