Britaniyada milyonçuların sayı 2008-ci il böhranından bəri ən aşağı səviyyəyə enib

Böyük Britaniyada milyonçuların sayı ən azı 2008-ci il qlobal maliyyə böhranından bəri ən aşağı səviyyəyə enib.

Bu barədə Adam Smit İnstitutunun araşdırmasında bildirilir.

İnstitutun hazırladığı “milyonçular indikatoru”na əsasən, 2021-ci ildə Böyük Britaniyada sərvəti 1 milyon funt sterlinqdən çox olan 1 milyondan artıq insan yaşayırdı. Son beş ildə onların sayı 422 min nəfərə qədər azalaraq 2008-ci ilin səviyyəsinə enib.

Araşdırmada bunun əsas səbəbləri kimi yüksək faiz dərəcələri, Böyük Britaniya iqtisadiyyatına etimadın azalması, real aktivlərin dəyərinin aşağı düşməsi, yüksək vergi yükü və vergilərin daha da artırılacağı ilə bağlı gözləntilər göstərilir.

Tədqiqat müəllifləri qeyd ediblər ki, varlı vətəndaşların ölkədən axını Böyük Britaniya iqtisadiyyatına mənfi təsir göstərir. Çünki məhz milyonçular xeyli sayda iş yerinin yaradılmasında mühüm rol oynayıblar.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]