Son 12 ildə readmissiya sazişləri çərçivəsində 3990 şəxs Azərbaycana geri qəbul edilib

2014-cü ildən bu günədək readmissiya sazişləri çərçivəsində ümumilikdə 3 990 şəxs Azərbaycana geri qəbul edilib.

Bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov “Miqrasiya sahəsində media məlumatlılığı” mövzusunda mediatur çərçivəsində jurnalistlərlə görüşündə deyib.

Onun sözlərinə görə, 2026-cı ilin ilk 6 ayı ərzində readmissiya sazişləri çərçivəsində 306 şəxs Azərbaycana geri qəbul edilib:

“205 şəxslə bağlı 138 readmissiya sorğusu müsbət cavablandırılıb”.

DMX rəisi onu da əlavə edib ki, cari ildə qanunsuz miqrasiyanın təşkili və digər qanunsuz əməllərlə bağlı 4 fakt aşkar edilib:

“2026-cı ilin ilk 6 ayı ərzində 850 əcnəbi ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılıb. Həmçinin miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı 9757 qərar qəbul edilib”.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]