Azərbaycan, Pakistan və Türkiyə xüsusi təyinatlılarının İordaniyadakı təlimi başa çatıb

İordaniyada Azərbaycan, Pakistan, Türkiyə və bu ölkənin xüsusi təyinatlı bölmələrinin iştirakı ilə keçirilən “Zülfüqar – 2026” birgə taktiki təlimi başa çatıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təlimin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə İordaniya Haşimilər Krallığının vəliəhdi şahzadə II Əl-Hüseyn bin Abdullah da qatılıb.

Birgə taktiki təlimin əsas məqsədi iştirakçı ölkələrin xüsusi təyinatlı bölmələri arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi, peşəkar bilik və bacarıqların təkmilləşdirilməsi, eləcə də təcrübə mübadiləsinin genişləndirilməsi olub.

Təlim rəhbərliyi ilə birlikdə tədbirin yekun mərhələsini izləyən Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-mayor Ələkbər Cahangirov xüsusi təyinatlılarının peşəkarlığını və hazırlıq səviyyəsini yüksək qiymətləndirib.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]