Sadır Japarov Mərkəzi Asiya ölkələri üçün vahid turizm vizasının tətbiqini sürətləndirməyə çağırıb

Qırğızıstan Prezidenti Sadır Japarov Mərkəzi Asiya ölkələrinə səyahət etmək istəyən xarici vətəndaşlar üçün vahid turizm vizasının tətbiqi üzrə işləri fəallaşdırmağı təklif edib.

“Report”un Qırğızıstana ezam olunmuş əməkdaşı xəbər verir ki, o, bu təkliflə Mərkəzi Asiya və Azərbaycan dövlət başçılarının Çolpon-Atada keçirilən qeyri-rəsmi məşvərət görüşündə çıxış edib.

“Xalqlarımız arasındakı mədəni yaxınlıq, ortaq tarix və ənənəvi əlaqələr münasibətlərimizin möhkəm təməli olaraq qalır. Turizm sahəsində əməkdaşlıq böyük potensiala malikdir. Mərkəzi Asiya və Azərbaycan dünyaya qədim şəhərlərin unikal irsini, Böyük İpək Yolunun abidələrini, dağ və göl mənzərələrini, milli ənənələri və mədəni müxtəlifliyi təklif edə bilər. Qırğızıstan Mərkəzi Asiya dövlətlərinə səfər etmək istəyən xarici vətəndaşlar üçün vahid turizm vizasının tətbiq edilməsi təşəbbüsü ilə çıxış edib”, – S.Japarov bildirib.

O bu təşəbbüsü dəstəklədiklərinə görə Özbəkistan və Qazaxıstan liderlərinə təşəkkür edib: “Həmkarlarımın bundan sonrakı dəstəyinə ümid edirəm. Razılaşdırılmış mövqelərin işlənib hazırlanması üçün dövlətlərimizin xarici siyasət idarələrinə məsləhətləşmələri fəallaşdırmağı tapşırmağı təklif edirəm”.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]