Neft qiymətləri 5 %-dən çox aşağı düşüb

Qlobal əmtəə bazarında neft qiymətləri yeni həftənin başlaması ilə 5 %-dən çox aşağı düşüb.

Bunu ticarət məlumatları göstərir.

“Qara qızıl”ın ucuzlaşmasına səbəb isə ABŞ Prezidenti Donald Trampın İranla yeni danışıqlar barədə bəyanatı olub.

“Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti əvvəlki bağlanışa nisbətən 5,17 % aşağı düşərək 1 barel üçün 83,38 ABŞ dolları, WTI-in sentyabr fyuçersləri isə 5,92 % ucuzlaşaraq 79,66 ABŞ dolları olub.

Xatırladaq ki, daha əvvəl D.Tramp ölkəsinin İrana ötən həftə sonu planlaşdırdığı hərbi hücumu ləğv etdiyini bildirib. O, həmçinin qeyd edib ki, ABŞ ilə İran avqustun 3-ü gün ərzində danışıqlar aparacaq.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]