Yol polisi ara məsafəsinin qorunması ilə bağlı sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi ara məsafəsinin qorunması ilə bağlı sürücülərə müraciət edib.

Qurumdan verilən məlumata görə, təhlillərə əsasən, yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan əsas amillərdən biri də hərəkət zamanı təhlükəsiz ara məsafəsinin qorunmaması olub.

Bildirilib ki, bu cür qayda pozuntusu xüsusilə magistral avtomobil yollarında yüksək sürətlə hərəkət zamanı, eləcə də şəhərdaxili yollarda nəqliyyat axınının intensiv olduğu şəraitdə ağır nəticələrə səbəb olur. Ara məsafəsinin kifayət qədər saxlanılmaması qarşıdakı nəqliyyat vasitəsinin qəfil əyləcləməsi, gözlənilmədən hərəkət istiqamətini dəyişməsi, maneə ilə qarşılaşması və ya hərəkəti dayandırması zamanı sürücünün vaxtında reaksiya verməsini çətinləşdirir.

Məlumatda qeyd olunub ki, qarşıdakı nəqliyyat vasitəsi ilə saxlanılan ara məsafəsi elə olmalıdır ki, qəfil əyləcləmə, gözlənilməz maneənin yaranması və ya digər təhlükəli vəziyyət zamanı sürücünün vəziyyəti düzgün qiymətləndirməsi, vaxtında reaksiya verməsi və nəqliyyat vasitəsini təhlükəsiz şəkildə saxlaması mümkün olsun.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]