“Sabah” – “Orhus” oyununun bütün biletləri satılıb

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində Bakıda baş tutacaq “Sabah” – “Orhus” oyununun bütün biletləri satılıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Həmçinin azarkeşlərə stadiona girişdə sıxlığın qarşısını almaq və rahat şəkildə tribunalarına keçmək üçün oyuna ən azı 2 saat əvvəl gəlmələri ilə bağlı müraciət olunub.

Qeyd edək ki, “Sabah” – “Orhus” matçı bu gün, saat 20:00-da 8700 tamaşaçı tutumuna malik “Bank Respublika Arena”da start götürəcək. Tərəflər arasında Danimarkada baş tutan ilk görüşdə “Orhus” 2:1 hesablı qələbə qazanıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]