Qeyri-sabit hava şəraitinə baxmayaraq ölkədə epidemioloji durum nəzarət altındadır – RƏSMİ

Son günlər Azərbaycanda hava qeyri-sabit keçsə də, temperatur dəyişiklikləri olsa da hazırda ölkədə epidemioloji vəziyyətdə qeyri-adi artım və ya kəskin yoluxma dalğası müşahidə olunmur.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, ölkə ərazisində kəskin respirator virus infeksiyaları (KRVİ) ilə bağlı epidemioloji vəziyyət stabil və nəzarət altındadır:

“Havaların qeyri-sabit keçməsi, temperatur dəyişiklikləri, qapalı məkanlarda sıxlığın artması və havalandırmanın kifayət qədər olmaması tənəffüs yolu infeksiyalarının yayılması üçün əlverişli şərait yarada bilər. Hazırda ölkədə epidemioloji vəziyyətdə qeyri-adi artım və ya kəskin yoluxma dalğası müşahidə olunmur”.

Bildirilib ki, nazirlik Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq, ölkə üzrə epidemioloji monitorinqi davam etdirir, respirator infeksiyaların yayılma dinamikasını mütəmadi izləyir:

“Vətəndaşlara mövsümi infeksiyalardan qorunmaq üçün şəxsi gigiyena qaydalarına riayət etmək, qapalı məkanları mütəmadi havalandırmaq, xəstəlik əlamətləri (qızdırma, boğaz ağrısı, halsızlıq) müşahidə olunduqda mümkün qədər evdə qalmaq və özünümüalicə ilə məşğul olmayaraq vaxtında həkimə müraciət etmək tövsiyə olunur”.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]