Yevlaxda avtoqəzada ölən şəxslərin kimliyi məlum olub, cinayət işi başlanılıb

Yevlaxda iki nəfərin öldüyü avtoqəza ilə bağlı cinayət işi başlanılıb.

Mingəçevir-Aran-Bəhrəmtəpə avtomobil yolunun Salahlı kəndindən keçən hissəsində Hüseynov Aqşin Eldəniz oğlunun idarə etdiyi “Mersedes Benz 200” markalı avtomobil Yevlax rayonu Salahlı kəndi istiqamətində hərəkətdə olarkən Hacıyev Akif Əli oğlunun idarə etdiyi “Lifan” markalı avtomobillə toqquşub.

Nəticədə Hacıyev Akif Əli oğlu və həmin avtomobildə olan sərnişin Hacıyev Sabir Əli oğlu almış olduğu bədən xəsarətlərindən hadisə yerində ölüblər.

Həmin avtomobildə olan digər sərnişinlər – Hacıyev Elcan Sabir oğlu, Hacıyev Əli Akif oğlu, Hacıyev Nihad Sabir oğlu və Xurşudov Rza Muhiddin oğlu xəsarət alıblar.

Faktı üzrə Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanılıb.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]