Rusiya Sumı, Dnepropetrovsk, Xarkov və Zaporojyeyə zərbələr endirib: ölənlər və yaralananlar var

Rusiya qoşunları ötən sutka ərzində Ukraynanın Sumı, Dnepropetrovsk, Xarkov və Zaporojye vilayətlərinə zərbələr endirib.

Bu barədə vilayətin hərbi administrasiyalarının rəhbərləri Oleq Qriqorov, Aleksandr Qanja, İvan Fyodorov, həmçinin Xarkov Vilayət Hərbi Administrasiyasının başçısı Oleq Sinequbov məlumat verib.

Zərbələr nəticəsində 2 nəfər ölüb, 15 nəfər yaralanıb.

Sumı vilayətində Rusiya qoşunları səhər saatlarında Burin icmasındakı fərdi yaşayış evinə reaktiv pilotsuz uçuş aparatları ilə iki zərbə endirib. Bina ciddi zədələnib, yanğın baş verib. 29 yaşlı qadın və onun 9 yaşlı oğlu həlak olub. Daha dörd nəfər xəsarət alıb, onlardan ikisi – həlak olan oğlanın atası və nənəsi ağır yanıq xəsarətləri ilə xəstəxanadaya yerləşdiriliblər.

Dnepropetrovsk vilayətinə endirilən 10-dan çox zərbə nəticəsində 4 nəfər, o cümlədən 14 yaşlı qız və 16 yaşlı gənc xəsarət alıb. Kənd təsərrüfatı müəssisəsi, fərdi ev və avtomobillər zədələnib.

Xarkov vilayətində Rusiya qoşunları sutka ərzində Xarkova və 16 yaşayış məntəqəsinə zərbələr endirib. Beş nəfər xəsarət alıb.

Zaporojye vilayətində iki nəfər yaralanıb.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]