Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

“Azərbaycan Dəmir Yolları” QSC Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkətini bərpa etməyə hazırlaşır.

Bu barədə “Azərbaycan Dəmir Yolları” məlumat yayıb.

Məlumata görə, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində Xırdalan–Güzdək sahəsində dəmiryol xətlərinin altından yeni avtomobil yolu keçidinin inşası tamamlanıb və dəmir yolu ilə sözügedən istiqamətdə sərnişindaşımanın bərpası üçün hazırlıq işlərinə başlanıb.

Hazırda Xırdalan–Sumqayıt sahəsi üzrə yol infrastrukturuna baxış keçirilir, eyni zamanda, bu istiqamətdə təyin olunacaq yeni reyslər üzrə istismara veriləcək hərəkət tərkiblərinin təmiri işləri davam etdirilir. Bütün bu işlər başa çatdıqdan sonra Bakı-Xırdalan-Sumqayıt marşrutu ilə qatarların Sumqayıta hərəkəti yeni tədris ili başlayana qədər bərpa olunacaq.

Sözügedən qatarlar həmişəki qaydada həftənin bütün günlərində mövcud dayanacaqlar üzrə hərəkət edəcək.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]