Livan İsrailin ölkənin cənubundakı hərbi obyektlərə hücumunu pisləyib

Livanın Baş naziri Nəvaf Salam İsrail Müdafiə Ordusunun ölkənin cənubunda “Hizbullah” qruplaşmasının infrastrukturuna hücumlarının ciddi təhlükə yaratdığını və sabitliyin möhkəmləndirilməsi səylərini sarsıtdığını bəyan edib.

Bu barədə “Ynet” portalı məlumat yayıb.

O əlavə edib ki, əgər Livan ərazisində hərbi obyektlər varsa, onların aradan qaldırılmasına görə məsuliyyət Livan ordusu və onun qanuni təsisatları vasitəsilə yalnız Livan dövlətinin üzərinə düşür.

Xatırladaq ki, daha əvvəl Yaxın Şərq mediası İsrail Müdafiə Ordusunun Livanın cənub hissəsinə zərbələr endirməsi barədə məlumat yaymışdı. İsrail ordusu daha sonra bu məlumatı təsdiqləyib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]