Rusiyanın Kiyevə hücumu zamanı ölənlərin sayı 12-yə çatıb – YENİLƏNİB

Rusiya Silahlı Qüvvələrinin gecə saatlarında Kiyevə hücumu nəticəsində ölənlərin sayı 12-yə yüksəlib.

Bu barədə “İnterfaks-Ukrayna” şəhər rəhbəri Vitali Kliçkonun bəyanatına istinadən məlumat yayıb.

Həmçinin bildirilir ki, 21 avqust tarixi matəm günü elan ediləcək.

“Hazırda Kiyevdə 12 nəfərin öldüyü məlumdur. 21 avqust paytaxta kütləvi hücumun qurbanlarının xatirəsinə Kiyevdə Matəm Günü elan edilib”, – V.Kliçko yazıb.

***

Rusiya ordusunun Kiyevə hücumu nəticəsində həlak olanların sayı səkkiz nəfərə çatıb.

Bu barədə şəhərin meri Vitali Kliçko bildirib.

Onun sözlərinə görə, 33 nəfər yaralanıb.

“Dəqiqləşdirilmiş məlumatlara görə, paytaxtda 8 nəfər həlak olub, 33 nəfər isə xəsarət alıb”, – o yazıb.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]