Məzahir Pənahov Qazaxıstanda parlament seçkilərini izləyəcək

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstana səfər edib.

Bu barədə Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Bildirilib ki, Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Abdirovun dəvətinə əsasən reallaşdırılan səfərin başlıca məqsədi avqustun 23-də bu ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərini beynəlxalq müşahidəçi qismində izləməkdir.

MSK təmsilçilərinin səsvermə gününədək ümumi hazırlıq prosesi və seçki komissiyalarının fəaliyyəti ilə tanış olması, habelə seçki günü paytaxt Astana şəhərində yerləşən məntəqələrdə səsvermə prosedurlarını müşahidə etməsi nəzərdə tutulur.

Nümayəndə heyəti avqustun 22-də Astanada keçiriləcək Türk Dövlətləri Təşkilatına üzv ölkələrin ali seçki qurumlarının Məşvərət Platformasının iclasında da iştirak edəcək.

İclas zamanı seçki administrasiyaları arasında davamlı dialoq və əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf istiqamətləri, seçki idarəçiliyi sahəsində qabaqcıl təcrübələrin mübadiləsi, institusional əlaqələrin gücləndirilməsi və digər məsələlər müzakirə olunacaq.

Səfər çərçivəsində MSK sədrinin Qazaxıstanlı həmkarı ilə yanaşı, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin seçki idarəetmə orqanlarının və seçkilərin müşahidəsinə qatılan beynəlxalq təşkilatların rəhbərləri, həmçinin digər rəsmi şəxslərlə görüşləri də planlaşdırılır. Görüşlərdə qurumlararası əlaqələrin daha da dərinləşdirilməsi perspektivləri, seçkilərlə bağlı müxtəlif sahələr üzrə yeni əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran məsələlər müzakirə ediləcək.

Qeyd etmək lazımdır ki, MSK-nın təmsilçiləri Qazaxıstan Respublikasında keçirilən növbədənkənar parlament seçkilərini Türk Dövlətləri Təşkilatı, Türk Dövlətləri Parlament Assambleyası, ATƏT/DTİHB və Müstəqil Dövlətlər Birliyinin beynəlxalq müşahidə missiyalarının tərkibində də izləyirlər.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]