Rusiya Ukraynanın üç vilayətinə hücum edib: 3 nəfər ölüb, 29 nəfər yaralanıb

Rusiya qoşunları Ukraynanın Xerson, Zaporojye və Xarkov vilayətlərinə hücum edib, nəticədə 3 nəfər ölüb, 29 nəfər yaralanıb.

Bu barədə Vilayət Hərbi administrasiyalarından məlumat verilib.

Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudinin sözlərinə görə, Rusiyanın vilayəti atəşə tutması nəticəsində 1 nəfər ölüb, 23 nəfər yaralanıb.

Rusiya qoşunları sutka ərzində Zaporojye vilayətində 51 yaşayış məntəqəsinə 1 069 zərbə endirib. Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov bildirib ki, hücumlar nəticəsində dörd nəfər yaralanıb.

Bundan başqa, gecə saatlarında Rusiya qoşunları Xarkov vilayətinin Çuquyev rayonunun Lebyajye kəndinə altı pilotsuz uçuş aparatı ilə zərbə endirib.

Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbovun məlumatına görə, hücum nəticəsində iki qadın həlak olub, daha iki qadın isə yaralanıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]