Rusiya Kiyevdə dəmir yoluna ballistik zərbə endirib

Rusiya qoşunları Kiyevin Darnitsa rayonundakı dəmir yolu müəssisəsinə ballistik zərbə endirib, nəticədə “Ukrzaliznitsya”nın əməkdaşı həlak olub.

Bu barədə “Ukrzaliznitsya” SC-nin İdarə Heyətinin sədri Aleksandr Pertsovski “Facebook”da bildirib.

Onun sözlərinə görə, zərbə Darnitsadakı dəmir yolu müəssisələrindən birinə endirilib.

“Bir işçi – briqadir hadisə yerində həlak olub, digərlərini ilk zərbədən sonra operativ şəkildə təxliyə etmək mümkün olub”, – Pertsovski qeyd edib.

Bundan başqa, “Ukrzaliznitsya”nın rəhbəri Odessa dəmir yoluna edilən hücum barədə məlumat verib. Onun sözlərinə görə, Odessa vilayətinin Razdelnaya stansiyasında dəmiryol vağzalı zədələnib.

Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov bildirib ki, Rusiya qoşunları sutka ərzində Ukraynanın Zaporojye vilayətinin 42 yaşayış məntəqəsinə 539 zərbə endirib. Hücumlar nəticəsində 3 nəfər həlak olub, 19 nəfər, o cümlədən iki uşaq yaralanıb.

“Yaşayış evlərinin, avtomobillərin və infrastruktur obyektlərinin zədələnməsi barədə 71 məlumat daxil olub”, – o qeyd edib.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]