UKMTO: Səudiyyə Ərəbistanı sahillərində tanker vurulub

Səudiyyə Ərəbistanının Yanbu liman şəhərindən qərbdə tanker mərmi ilə vurulub.

Bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Agentliyinin (UKMTO) məlumatında bildirilib.

“Yanbudan 63 dəniz mili qərbdə insident barədə məlumat daxil olub. Şirkətin təhlükəsizlik xidmətinin əməkdaşı bildirib ki, tankerə naməlum mərmi dəyib, bunun nəticəsində gəminin əsas göyərtəsində yanğın baş verib. Bütün heyət təhlükəsizlikdədir”, – məlumatda qeyd olunub.

Gəmilərə bu ərazidən keçərkən ehtiyatlı olmaq və hər hansı şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermək tövsiyə olunur.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]