İran Prezidentinin qızı Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

İran İslam Respublikası Prezidentinin qızı Zəhra Pezeşkian Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Təbrik məktubunda deyilir:

“Dəyərli və mehriban bacım.

Böyük ehtiram və sevinc hissi ilə Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı bildirirəm.

Sizin sosial, mədəni və beynəlxalq sahələrdəki üstün, müdrik və fədakar fəaliyyətiniz hər zaman ilhamverici və qürur mənbəyi olmuşdur.

Qonşu, dost və qardaş ölkələr olan İran ilə Azərbaycan Respublikası arasında dərin dostluq və qardaşlıq köklərinin mövcudluğundan, həmçinin iki ölkənin qadınlarının bu müştərək irsin qorunmasında mühüm rol oynamasından böyük məmnunluq duyuram.

Bu əlamətdar və xoş gündə Sizə səmimi-qəlbdən bərəkətli uzun ömür, möhkəm cansağlığı və davamlı müvəffəqiyyətlər, dost və qardaş Azərbaycan Respublikasına isə tərəqqi və rifah arzulayıram”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]