ADY və Bakı Metropoliteninin əməliyyat problemlərinə startap həlləri axtarılacaq

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) və “Bakı Metropoliteni” QSC-nin qarşılaşdığı konkret əməliyyat problemlərinin innovativ texnologiyalar və startap həlləri vasitəsilə aradan qaldırılması imkanları araşdırılacaq.

Bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov “Plug and Play × IDDA – Industry Challenges” innovasiya tədbirində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ADY və Bakı Metropoliteni ölkə iqtisadiyyatı və vətəndaşların gündəlik həyatı üçün mühüm infrastrukturu idarə edir.
F. Osmanov bildirib ki, bu qurumların konkret əməliyyat çağırışlarının müəyyənləşdirilməsi və onların birgə həll üçün açıq şəkildə təqdim edilməsi şirkətlərin yalnız innovativ həllərin istifadəçisi deyil, həm də innovasiyanın fəal iştirakçısına çevrilməsinə imkan verə bilər.

“Biz istəyirik ki, bu vörkşop ümumi müzakirələrdən kənara çıxsın. Onun uğuru müəyyən edilən çağırışların keyfiyyəti, hazırlanacaq ideyaların aktuallığı və ən əsası, həmin ideyaların pilot layihələrə və tətbiq edilə bilən həllərə çevrilmə potensialı ilə ölçülməlidir”, – F. Osmanov qeyd edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]