“44” bədii filminin premyerasının keçiriləcəyi tarix məlum olub

1 oktyabr 2026-cı il tarixində Heydər Əliyev Mərkəzində “44” bədii filminin çoxdan gözlənilən premyerası baş tutacaq.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov sosial şəbəkə hesabında bildirib.

Qeyd edilib ki, daha sonra filmin nümayişləri ölkənin kinoteatrlarında davam edəcək.

“Premyera ərəfəsində 12 tizer hazırlanıb və qarşıdakı həftələr ərzində onları sizinlə paylaşacağıq. Bu gün isə diqqətinizə filmin rəsmi posterlər silsiləsini təqdim edirik. İlk tizer artıq sabah paylaşılacaq”, – paylaşımda qeyd olunub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]