Kliçko: Kiyevdə komendant saatının müddəti qısaldılacaq

Kiyevdə (Ukrayna) sentyabrın 10-dan komendant saatının müddəti qısaldılır.

 Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ukrayna paytaxtının meri Vitali Kliçko Kiyev Müdafiə Şurasının qərarının nəticələrinə əsasən bəyan edib.

O qeyd edib ki, komendant saatı səhər saat 1:00-dan 5:00-dək qüvvədə olacaq (hazırda 00:00-dan 05:00-dək – red). Beləliklə, komendant saatının müddəti 60 dəqiqə qısaldılacaq.

Onun sözlərinə görə, bu qərar hökumətin qərarına və paytaxtda təhlükəsizlik vəziyyətinin pisləşməsi şəraitində şəhər təsərrüfatının fəaliyyətinə aid bir sıra şəhər təşəbbüslərinə uyğun olaraq qəbul edilib.

Bununla əlaqədar paytaxtda ictimai nəqliyyatın iş qrafiki bir saat uzadılacaq.

Bununla yanaşı, ictimai iaşə müəssisələrinin, əyləncə müəssisələrinin və ticarət-əyləncə mərkəzlərinin iş qrafiki dəyişməyəcək.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]