Hikmət Hacıyev: Qarabağ və Şərqi Zəngəzur əsl dirçəliş dövrünü yaşayır

Qarabağ və Şərqi Zəngəzur torpaqları hazırda əsl dirçəliş yaşayır.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Bu gün bizim diplomatik korpusla birlikdə Qarabağa 22-ci birgə səfərimizdir. Son altı ildə biz Qarabağın və Şərqi Zəngəzurun gözümüzün önündə baş verən möhtəşəm və nümunəvi dəyişikliklərin şahidi olmuşuq. Hazırda bu torpaqlar əsl dirçəliş dövrünü yaşayır. Hər səfərdə biz bərpa və inkişafda yeni nailiyyətləri, eləcə də bu torpaqlara həyatın qayıtdığını görürük”, – H.Hacıyev yazıb.

Hikmət Hacıyev: Qarabağ və Şərqi Zəngəzur əsl dirçəliş dövrünü yaşayır

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]