Peskov Putinin Trampla görüş keçirməyə hazır olduğunu bəyan edib

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla görüş keçirməyə hazırdır.

Bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

O qeyd edib ki, lakin bu cür təmasların mümkün keçirilmə müddətlərinə dair heç bir konkretlik yoxdur:

“Ali səviyyəli hər hansı görüşlərlə bağlı heç bir konkretlik yoxdur. Əgər Rusiya-ABŞ görüşündən danışırıqsa, dövlət başçısı buna hazırdır”.

O həmçinin xatırladıb ki, prezidentlər öz telefon danışıqlarında zərurət yaranarsa, daha bir görüş keçirməyə hazır olduqlarını həmişə vurğulayırlar.

Daha əvvəl, ABŞ lideri Donald Tramp da Vladimir Putinlə tezliklə yeni şəxsi görüş keçirə biləcəyini istisna etməmişdi.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]